XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 20:23

Binəli Yıldırım ilə Tramp arasında telefon danışığı:"Əməkdaşlığımızın inkişafı üçün..."

yildirim-1

 Türkiyənin Baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında telefon danışığı olub. 

Söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: "Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik". 

B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib. 

Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.  (Report)