"Bəşər Əsəd Əli Xameneinin əsgəridir".
Bunu İran İslam İnqilabi Keşikçiləri Korpusunun generalı Rəhim Səfəvi ötən il Suriyada öldürülən İran hərbçisi Hüseyn Həmədaninin il mərasimində çıxışı zamanı deyib.
“Suriya Prezidenti Bəşər Əsədin Xameneiyə göndərdiyi məktuba diqqətinizi çəkmək istəyirəm. Bu məktubda sanki bir əsgərin komandanına xitab etdiyi görünür. Belə durumda bizim Əsəd rejimini dəstəkləməməyimiz doğru olarmı?” – deyə, Səfəvi bildirib(Axar.az).