XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 01:55

DÇ-2018:Azərbaycan millisi məğlub oldu, Almaniya isə 8 cavabsız qol vurdu

azerbaycan-millisi-teze

Bu gün Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali İrlandiya ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, buna qədər keçirilən 3 oyunda məğlub olmayan və Almaniyadan sonra qrupda 7 xalla ikinci pillədə qərarlaşan Azərbaycan millisi ev sahiblərinin hücumları qarşısında duruş gətirə bilməyib.

Oyuna fəal başlayan irlandlar birinci hissədə Lafferti (27) və MkAuleyenin (40) qolları ilə önə çıxlblar – 2:0.

İkinci hissənin ilk 10 dəqiqəsində xoş təsir bağışlayan millilərimiz iki əlverişli fürsətdən yararlana bilməyib. Ancaq irlandlar yaxaladığı fürsətləri də dəyərləndirməyi bacarıblar.

Beləliklə, 2-ci hissədə də 2 qol vuran Şimali İrlandiya milliləri darmadağınla qələbə qazanıblar – 4:0.

Qrupumuzdakı digər oyunda Çexiya Norveçə 2:1 qalib gəlib. San-Marino isə Almaniyaya 0:8 uduzub.

Bu nəticələrdən sonra Almaniya 12 xalla qrupun şəriksiz lideridir. 7 xallı Azərbaycan isə top fərqinə görə 2-ci pillədəki yerini 7 xal toplayan Şimali İrlandiyaya verib. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci, San-Marino isə xalsız qrupun sonuncusudur.