XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2016 - 14:05

“Apple” gələn il yeni“iPad” buraxacaq

2017-ci ilin yazında “Apple” şirkəti özünün yeni model “iPad” planşetini bazara çıxaracaq. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, təkmilləşdirilmiş yeni cihazın təqdimatı 2017-ci ilin mart ayında baş tuta bilər.

Mütəxəssislər yeni “iPad”in necə olacağını təhlil etməyə çalışıb. Bunun üçün “Apple”ın sifariş etdiyi yeni komponentlər barədə məlumatlardan istifadə olunub. Onların fikrincə, yeni cihazın əsas versiyası 12,9 diaqonala malik displeylə təqdim ediləcək. Az gəlirli təbəqələr üçün kiçik ekranlı (9,7 və 10,9) planşet nəzərdə tutulub. 

“Apple” məhsullarının növbəti yenilənməsi onunla əlaqələndirilir ki, 2017-ci ildə ilk “iPhone”un satışa çıxarılmasının 10-cu ildönümüdür.