XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 14:57

Moskva-Bakı istiqaməti üzrə bir sıraaviareyslər gecikir

Moskva-Bakı istiqaməti üzrə bir sıra reyslər gecikir.

Trend-in məlumatına görə, bunu Rusiya hava limanlarının onlayn cədvəli də göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 12:10-da "Vnukovo" aeroportundan havaya qalxmalı olan "Azərbaycan Hava Yolları"na məxsus J2 8108 reysi saat 13:00-da uçuşa başlayıb. Buna görə təyyarə 15:00 əvəzinə, 15:42-də Bakıya çatacaq.

Həmçinin 14:00 və 15:00-da Bakıya çatmalı olan SU 1854 ("Şeremetyevo" aeroportundan) və P2 745 reysləri ("Vnukovo") gecikir. Bu reyslərin yola düşəcəyi dəqiq vaxt hələ məlum deyil.

Qeyd edək ki, bu gün Moskva aeroportlarından ən azı 75 reys ləğv olunub, 26-sı gecikib. Buna səbəb əlverişsiz hava şəraitidir.