XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 15:21

“WhatsApp” istifadəçilərinintəhlükəsizliyini artırır

“WhatsApp” messencerinin 2.16.341 versiyasından etibarən ikimərhələli autentifikasiya funksiyası əlçatandır. Sonuncu yeniləmə quraşdırıldığı halda hesabın sazlamalarında yeni ikimərhələli autentifikasiya seçimini tapmaq mümkündür. Bu funksiya “WhatsApp” istifadəçilərinin təhlükəsizliyini daha da artıracaq.

Azərtac “4PDA.ru” saytına istinadən xəbər verir ki, hər dəfə mobil telefon nömrəsini qeydiyyatdan keçirən zaman altı rəqəmli parol daxil etmək lazım gələcək. Həmin funksiyanı aktivləşdirdikdə elektron poçt ünvanını da daxil etmək lazımdır ki, parol yaddan çıxdıqda onu yenidən bərpa etmək mümkün olsun.

Səsli mesajın fon rejimində səsləndirilməsi çoxdan gözlənilən yeniliklərdən biridir. İndiyədək səsli mesajı dinləmək üçün proqramı açıq saxlamaq lazım gəlirdisə, indi digər insanlarla yazışmaq və ya digər proqramlardan istifadə etmək mümkündür.

“Android” mobil əməliyyat sistemində sözügedən funksiyalara giriş əldə etmək üçün “Google Play”də beta test proqramının iştirakçısı olmaq lazımdır.