XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 03:38

Neft üzrə ekspertlər məsləhətləşmələrə başlayır –Bazarın sabitləşdirilməsi üçün

neft-qaz-1

“Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Görüşün konkret tarixi dəqiqləşdirilir”.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”, – deyə Novak qeyd edib.   

O, Rusiyanın həmin məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Novak görüşdə qəbul ediləcək qərarlarla bağlı proqnoz verməkdən imtina edib.