XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 12:30

Həftənin ilk iş gününə olan hava proqnozu:"Hava dumanlı, küləkli olacaq"

hava-soyuq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  9-12° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 14-də hava şəraitinin əsasən yağmursuz, bəzi  yerlərdə dumanlı olacağı gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti,  gündüz 15-20° isti, dağlarda gecə  3-8° isti, gündüz  13-18° isti olacağı gözlənilir.