XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 12:46

Türkiyədən öz vətəndaşlarına çağırış:"Ehtiyatlı olun"

turkiye

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlara səfər zamanı ehtiyatlı olmağa çağırıb.

Xarici siyasət idarəsinin məlumatına görə, burada söhbət, xüsusilə Nyu-York, Çikaqo, Filadelfiya, Mayami, Los-Anceles, Sietl, Oklend və Portlend kimi iri şəhərlərdən gedir.

ABŞ-da Donald Trampın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən sonra etiraz aksiyaları davam edir.

"İnsidentlər və sosial gərginlikdən irəli gələn risklərlə əlaqədar olaraq, ABŞ-da yaşayan, həmçinin bu ölkəyə səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları xüsusilə ehtiyatlı olmalıdırlar", – deyə XİN-in yaydığı xəbərdarlıq mətnində bildirilir.  (Report)