XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 10:11

Narkotik qaçaqmalçısı “malı” atıb qaçdı-DSX Füzuli və Cəlilabadda əməliyyat keçirib

 

narko

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram marixuana aşkarlanıb.

 Cəlilabad rayonu, Dələli kəndindəki sərhəd zastavasının xidməti sahəsində isə işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.