XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 10:37

Nazir müavini:“Ölkədə gənclər arasında işsizlər çoxdur, vəziyyətlə bağlı bu rəqəm artır”

issiz

 “Noyabrın 1-i üçün məşğulluq orqanlarına işə düzəlmək üçün 190 min nəfər müraciət edib. 53 min nəfər işlə təmin edilib, 11 min işsiz statusu alıb.

Strateq.az Turana-a istinadən bildirir ki, bu sözləri  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  “PASHA Hayat Sigorta”nın təşkil etdiyi Bakıda insan resurslarının idarə edilməsi üzrə ikinci forumunda məruzsəi zamanı deyib.

Onun sözlərinə görə, gənclər arasında işsizlər daha çoxdur: “Rəsmi məlumata görə, ilin əvvəli üçün gənclərin  13,5%-i işsiz olub. İqtisadi vəziyyətlə bağlı bu rəqəm artır”, -deyə o bildirib.

Yanvardan 339,2 min əmək müqaviləsi bağlanılıb, 312,6 min müqavilə ləğv edilib. Tikinti sektorunda 4 min, maliyyə sektorunda 2,7 min nəfər ixtisara düşüb.