XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 11:21

Rəsmi qəzet tikinti şirkətlərini “vurdu”:“Hansını deyəsən, hansını yazasan, birdir-ikidir məgər?!”

yaqis-baki

«Azərbaycan» qəzetində dərc edilən «Prezident nəzarətə götürdü» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sənəd dəyərləndirilir.

Müəllif qeyd edir ki, Azərbaycanda bu il oktyabrın ortalarından intensiv leysan yağışları baş verib və bu paytaxtda bir sıra ciddi problemlər yaradıb: Onların sırasında paytaxtın yağış kanalizasiya sisteminin intensiv yağıntıları lazımi səviyyədə ötürmək gücündə olmaması özünü daha qabarıq göstərdi.

Məqalədə vurğulanır ki, bu problemə görə Bakının bir sıra ərazilərindəki evləri və obyektləri su basıb. «Binəqədi yolu» deyilən küçədən yağış sularını günlərlə çəkmək mümkün olmayıb.

Müəllif hesab edir ki, bunun bir səbəbi yağıntının aylıq normadan dəfələrlə çox olmasıdırsa, digər səbəbi də son illər yeni ev, bina və obyektlərin inşası zamanı paytaxtın mühəndis-kommunikasiya sisteminin gücünün nəzərə alınmamasıdır.

Yazıda deyilir ki, harada gəldi icazəsiz tikilən fərdi evlər, hündürmərtəbəli binalar problemin əsas mənbəyidir: Hansını deyəsən, hansını yazasan, birdir-ikidir məgər?! Belə olsaydı nə var idi ki?! Ən azından yerli icra orqanları səviyyəsində belə halların nəticələrini aradan qaldırmaq mümkün olardı.

Müəllif sonda da yazır ki, bu sənəd dövlət başçısının paytaxt əhalisinin çoxdan gözlədiyi məsələnin yüksək səviyyədə həllinə diqqət ayrılmasından xəbər verir.