“Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir".
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, universitetin müvafiq maddi-texniki bazası yaradılacaq: “Ali məktəbə yeni rektor təyin olunacaq, tədris planları hazırlanacaq. 2017-2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır”. (APA)
Nazir əlavə edib ki, universitetə bina yer ayrılması ilə bağlı müzakirələr aparılır.