XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 11:49

Beynəlxalq Bankdan kredit götürən Rusiya şirkətləri pulu qaytara bilmir:1 milyard dollar borcun sahibləri kimlərdir? –ADLAR

Bank-borclu

Azərbaycan Beynəlxaq Bankıdan kredit götürmüş bir sıra xarici şirkətlər borcu qaytarmaqda problemlə üzləşiblər.

Strateq.az bildirir ki, “Aqrarkredit” ASC Rusiyadakı borclularla məşğul olmaqdan ötrü Rusiyanın «Vertical Capital» şirkətiylə razılaşma imzalayıb. Bu barədə Rusiyanın “kommersant.ru” saytı məlumat verib.

“Kommersant.ru”-nun yazdığına görə, «Vertical Capital» Azərbaycanla razılığa əsasən, Rusiyada bir neçə problemli kreditlə işləyir və onların ümumi məbləği 1 milyard dolları keçib.

«Vertical Capital»ın sayta verdiyi məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu «Hermitage» oteli, İsraildə Xixinaşvililər ailəsinə məxsus «Diamond» sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Jomart Kamenovun bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı «Mistral Alko» (19 milyon dollar) və «Mistral Alko»nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

“Borclular krediti qaytarmaq iqtidarında olmayanda, kreditə zamin duran şəxsə müraciət edilməlidir”, – deyə, «МЭФ-Аудит»in layihə rəhbəri Aleksandr Ovesnov Kommersant.ru-ya müsahibəsində deyib. “Həmin şirkətlərin də kreditlərə zamini, yəqin ki, qeyd edilib, əlbəttə, əgər bankın bu şirkətlərlə xüsusi əlaqəsi olmayıbsa”. A.Ovesnovun sözlərinə görə, krediti qaytara bilməyən şirkətləri subsidiar məsuliyyətə cəlb etmək olar, amma bu da asan deyil və yalnız borclu şirkət müflisləşdiyi halda mümkündür.