XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 14:24

Taleh Bağırov və Fuad Qəhrəmanlının məhkəməsi davam edib:“Deyirdi ki, dini dövlət qurmaq lazımdır”

taleh narda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Prosesdə şahid qismində ifadə verən Hüseynbala Mehdiyev bildirib ki, F. Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığı üçün istintaqa çağırılaraq ifadə verib. Bildirib ki, ondan Taleh Bağırovu tanıyıb-tanımadığı soruşublar, o da tanımadığını deyib. Fuad Qəhrəmanlının hansı statusuna nə şərh yazdığını isə xatırlamadığını bildirib: "Mən hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım".

 Şahid həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib.

 Daha sonra şahid qismində Nardaran sakini Xəqani Dadaşov ifadə verib. Balıq alveri ilə məşğul olduğunu deyən şahid Nardaran qəsəbəsində baş verən hadisədən telefonla xəbər tutduğunu deyib. Vəkillər onun ifadələrində ziddiyyət olduğunu deyib, ifadəsinin elan edilməsini istəyiblər. Bundan sonra onun ifadəsi elan edilib.

 

O, ifadəsində deyib ki, Taleh Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: "Deyirdi ki, dini dövlət qurmaq lazımdır. "Müsəlman Birliyi Hərəkatı"nın üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik ki, Taleh Bağırov bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi prezidentə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım, onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və patlayıcı maddələr yığırlar. Deyirdilər ki, polislər kəndə gələndə hücum edəcəklər. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər".

 Daha sonra hakim bildirib ki, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.

Proses günün ikinci yarısında davam edəcək.