XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 15:20

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinə cəzası istənilib

hokm

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.