XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 15:47

Şahid:“Akif Çovdarov məni pəncərədən atacağı ilə hədələdi”

Çovdar

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə şahid qismində ifadə verənlər arasında zərərçəkmiş şəxslər – Cəfər və Qəhrəman Səfərov qardaşlarının atası Qürbət Səfərovun da adı var.

 Qürbət Səfərov istintaq zamanı verdiyi ifadəsində deyib ki, oğlanları 2002-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində Naxçıvanski küçəsində meyvə-tərəvəz bazarını alıblar: “Onlar 3 il ərzində həmin bazarı işlətdilər. (APA)

2005-ci ildə zəng edib xəbər verdilər ki, oğlanlarımı MTN-in əməkdaşları tutaraq nazirliyin “podvalına” salıblar. Mən nə baş verdiyini bilmədim. Eşitdiyimə görə gecə saatlarına qədər oğlanlarım Cəfəri və Qəhrəmanı nazirliyin binasında saxlayıb orada möhkəm döyüblər. Bundan başqa, onlarla birlikdə işləyən Eyyub, Əlisa, Akifi də orada saxlayıb döyüblər. Mən Bakıya gəldikdən sonra hadisədən tam agah oldum. Bildim ki, MTN-in yüksək rütbəli məmuru Akif Çovdarov Cəfərgili nazirliyə qanunsuz aparıb və orada döydürüb. Cəfərgildən 500.000 manat istəyib, sonra isə bazarı tərk etməyi tələb edib. Cəfərlə Qəhrəman etiraz etdikdə onları döyüblər. Səhəri gün özüm bununla bağlı  MTN-ə gedib Akif  Çovdarovun qəbulunda oldum. Ona narazılığını bildirərək  haqsız yerə övladlarımdan pul istəməsi, sahibi olduqları bazardan çıxmaları və onları döydürməsinə görə etirazımı bildirdim. Bu vaxt Akif Çovdarov mənə də hədə-qorxu gəlib pəncərədən atacağı ilə hədələdi, oğlanlarımı terrorçu adlandırdı”.

Q. Səfərov daha sonra ifadəsində göstərib ki, A. Çovdarovun danışığından onun bazarı ələ keçirmək istədiyini anlayıb: “Başa düşdüm ki, bu insanla danışmaq mümkün deyil, haqsızlıq edib zorla bazarı ələ keçirmək istəyir. Məni bərk qorxutdu. Gecə oğlanlarımla görüşüb onlara israrla məsləhət verib tapşırdım ki, artıq bazardan çıxsınlar, çünki onların başına pis iş gələcəyindən qorxurdum. Akif Çovdarov və onun əlaltılarının hədələrindən oğlanlarım da bərk qorxmuşdu. Qorxumuzdan bazarı onlara verdik. Bildik ki, verməsək, hər pisliyi edəcək. Bazarı qanunsuz olaraq oğlanlarımdan alıb zəbt edən tək Akif Çovdarov deyil, bu məsələdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun müavini Hilal Əsədovun da rolu böyükdür, bu məsələyə birbaşa onlar rəhbərlik ediblər”.