XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 16:14

Akif Çovdarov vəkillərindən imtina etdi

covdar

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. (APA)

Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib: "Vəsatətlərimiz təmin olunmursa, səhhətim nəzərə alınmırsa, mənə vəkil lazım deyil. Çünki sonu bəllidir".

Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, proses jurnalistlərin iştirakı olmadan keçirilib.