XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 18:19

Prezident İlham Əliyev Fələstin prezidentini təbrik edib

ilham

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbası ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 Dövlət başçısının məktubunda deyilir:

 “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.