XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 11:08

Yol polisindən sürücülərə pərdə və plyonka ilə bağlı –Xəbərdarlıq

yol polisi

Bu gündən Azərbaycanda sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Baş Dövlət Yol Polisi İdarəsindən Strateq.az-a verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Pateent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi – Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərdə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70%-dən az olmaması müəyyənləşdirilib.

Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il may 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.