XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 16:45

Azərbaycanla Gürcüstan yoluxucu xəstəliklərə qarşı birgə mübarizə aparır –Tədbir

xestexana-daxili-

Tiflisdə Yoluxucu Xəstəliklər Departamentinin Monitorinq Mərkəzinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Tədbirdə ABŞ, Almaniya, Gürcüstan və Ukraynadan 130-dək nümayəndə iştirak edib.

Gürcüstan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Departamentinin şöbə rəisi Paata İmnadze bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər şöbəsi ilə Gürcüstan Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər departamenti arasında sıx əlaqələr mövcuddur: “Bir neçə gün bundan əvvəl Qaxda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin görüş keçirilib. Tədbirdə yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı müzakirələr apardıq. “Sibir xorası” və “Brüsselyoz” xəstəliklərinin genişlənməsinin qarşısının alınması və bu xəstəliklərlə mübarizə ilə bağlı birgə layihələrin həyata keçirilməsi qərara alınıb. Artıq bu istiqamətdə geniş tədbirlər görülür”.

Konfransda həmçinin müxtəlif xəstəliklərlə bağlı mübarizə metodları haqqında fikir və təcrübə mübadiləsi aparılıb, yeni layihələrlə bağlı razılaşmalar əldə olunub.

APA