XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 17:22

UEFA Azərbaycanın bu klublarına 2.779.400 avro köçürdü –SİYAHI

uefa

UEFA 2016/2017 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına pul köçürüb. 

Strateq.az AFFA-nın saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumunun Çempionlar Liqası və Avropa Liqasındakı iştiraka görə ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən "Qarabağ” 1 milyon 88 min 460 avro, "Qəbələ” 733 min 660 avro vəsait ödənilib.

Avroliqanın təsnifat mərhələsində iştirak etmiş "Neftçi” 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən "İnter” isə 58 min 660 avro köçürülüb

Avroliqada 1 mərhələ adlamış "Kəpəz” isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 avro köçürüb.