XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 20:03

Kreml:"Hesabatda Hələbə yer verilməyib"

kreml

Rusiya Müdafiə naziri Sergey Şoyqunun Prezident Vladimir Putinə təqim etdiyi hesabatda Hələbə yer verilməyib.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, Şoyqu yalnız İdlib və Xümsdəki vəziyyətdən bəhs edib:

“Bu, və digər mövzular müzakirə edilir. Soçidə toplantı davam edir. Müdafiə nazirinin hesabatı sizin də eşitdiyiniz kimi Hələbi əhatə etmir. Sənəddə İdlib və Xümsdə Kalibr raketləri ilə həyata keçirilən atışlardan bəhs edilir”.

Qeyd edək ki, bu gün Şoyqu Suriya sahillərinə göndərilən təyyarədaşıyan gəmisindən İŞİD-ə qarşı həyata keçirilən raket zərbələri ilə bağlı Putinə hesabat verib.  (Axar.az)