XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 21:19

Binəli Yıldırım Medvedyevlə görüşəcək –Rusiyadan açıqlama

binali

Rusiya Baş naziri Dmitri Medvedyev türkiyəli həmkarı Binəli Yıldırımla dekabrın 6-da görüşəcək.

Bu barədə Rusiya hökümətinin mətbuat mərkəzi məlumat yayıb.

“Medvedyev və Yıldırım əsasən iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Tərəflər enerji, sənaye, nəqliyyat və digər mövzularla da bağlı fikir mübadiləsi aparacaq”, – açıqlamada bildirilib.

Bəzi məlumatlara görə, nazirlərin Suriya və İraq böhranları başda olmaqla regional problemlərlə də bağlı danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bundan öncə Türkiyə tərəfi Baş nazir Yıldırımın Rusiyaya səfər edəcəyini açıqlamışdı.