XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2016 - 13:21

Birləşmiş Ərəb Əmirlikləri dünyanı tolerantlığa çağırır

 birleshmish-ereb-emirlikleri-1

BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun 1995-ci il noyabr ayının 16-da keçirilən 28-ci sessiyasında 185 dövlətin  iştirakı ilə tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edilib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul etdiyi qərara əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir. Azərbaycanda bu gün 1999-cu ildən bu yana qeyd olunur.

Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycandakı səfirliyi açıqlama verib. Açıqlamada qeyd olunur ki, tolerantıq Birləşmiş Ərəb Əmirliyi cəmiyyətində möhkəm köklərə malikdir və Tolerantlıq  Nazirliyi öz uzaqgörən siyasətində  bəşəriyyətə xidmət edən tolerantlıq nümunələrinə  geniş yer verir: ““Təsadüfü deyil ki, Şeyx Zəid ibn Sultan Ən Nahiyə qeyd edib ki, “biz müsəlmanıq. Necə ola bilər ki tolerantlığı əldə rəhbər tutmayaq?  Bu çox qəribə olardı. Hər bir mömün rəhimli və tolerant olmalıdır”. Şeyx Xəlifə ibn Zəid Ən Nəhyaya isə bildirib ki, BƏƏ öz əlaqələrini  digər dövlətlərlə qarşılıqlı ehtiram, hörmət,  qarşılıqlı əməkdaşlıq, dialoq  əsasında quraraq terrorun bütün formalarını rədd edir. Dubay əmiri, BƏƏ-nin vitse-prezidenti  Şeyx Muhəmməd ibn Raşid Əl Məktumun sözlərinə görə, bu region yalnız tolerantlığın mövcudluğu ilə digərlərinin  dini, mədəni fikirlərini qəbul etməklə çiçklənər. Şeyx Məhəmməd ibn Zəid Ən-Nəhayan BƏƏ-nin  həmişə sülhə şağırış etdiyini və xalqlar arasında tolerantlığ rəmzi olduğunu vurğulayır.

BƏƏ-də tolerantlığın əsasları İslam, BƏƏ-n Konstitusiyası, Şeyx Zəidin irsi ( Əxlaqi irsi), beynəlxalq konvensiyalar, abidələr və tarix, insan fitrəti və ümumi dəyərlərdir.

Xatıqladaq ki, BƏƏ dünyada tolernatlıq mədəniyyətini  yaymaq sahəsində üçüncü yerdədir. BƏƏ tolerantlığ ,dinc yanaşı yaşamaq kimi dəyərləri alqışlayaraq  və zorakılığı və radikalizmi rədd edən  bir cox beynəlxalq öhdəliklərə qoşulub və bu ölkə tolerantlıq nümunəsi hesab olunur. BƏƏ-də 200-dən artıq millətin nümayəndəsi dinc və əmin – amanlıq şəraitində yaşayır. Tolerantlıq BƏƏ- inin xarici siyasətində əsas sütunlardan  biridir. BƏƏ dövlət səviyyəsində bir sıra qanunlar qəbul edib ki, burada da  tolerantlıq mədəniyyəti önəmli rol oynayıb. BƏƏ hökuməti  tolerantlığın möhkəmlənməsi və multukulturalizmin  inkişafına böyük diqqət yetirərək  irqiayrı-seçkiliyi və nifrəti rədd edir. BƏƏ-in Konstitusiyasinın 25,32,40 –ci madələri bərabərliyi, ehtiram əsas tutur,  irqi- ayrı seçkiliyi rədd edir. BƏƏ-in ictimai mühiti  Şeyx Zəid və  onun  əvvəlki  sülaləsinin timsalında   tolerantlıq , sülh və multukulturalizmə  böyük önəm verib”.

L.SƏMLA

Strateq.az