Populyar “WhatsApp” messencerində çoxdan gözlənilən funksiya – videozəng funksiyası nəhayət ki, tətbiq edilib.
Lent.az-ın xəbərinə görə, artıq “Android” əməliyyat sistemi ilə çalışan cihazlarda yeni funksiya əlçatandır.
Videozəngdən istifadə etmək çox asandır. Bunun üçün “videozəng” opsiyasını seçmək yetərlidir. Həmsöhbəti görmək isə o halda mümkündür ki, onun smartfonu da yeni funksiyanı dəstəkləsin. Əks halda, danışıq görüntüsüz alınacaq.
Videozəngdən ilk istifadə edənlər onun keyfiyyətindən razı qalıb. Xatırladaq ki, “WhatsApp” 2015-ci ilin martında səsli danışıq funksiyasını tətbiq etmişdi.