Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsinin işi tam bərpa olunub, haker hücumu uğurla dəf edilib.
Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün erməni hakerlər tərəfindən nazirliyin "Twitter" səhifəsinə haker hücumu edilib: "Lakin bir neçə müddətdən sonra səhifə bərpa olunub".