XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 Mart 2015 - 11:02

Azərbaycanda facebooka maraq azalır, Twitter dəbə minir

Azərbaycanda facebooka maraq azalır, Twitter dəbə minir

Azərbaycanda aktiv facebook istifadəçilərinin sayı azalıb.
“Global State” statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda aktiv facebook istifadəçilərinin sayı 7% azalıb.
Facebook sosial şəbəkəsinin Azərbaycandakı bazar payı fevralın sonuna 81,57 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 21 faiz ötür.
2015-ci ilin ilk 2 ayı ərzində isə Twitter istifadəçilərinin sayı 52,2 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda fevralın sonuna Twitterın payı 8,57 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.
Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 2,38 faizlə “В контакте” qərarlaşıb. “Pinterest” – 2,08%, “Google+” – 1,94%, “Tumblr” – 1,93% və “YouTube” 0,47 faizlə sonrakı yerləri tutur (“Trend”).