XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 18:19

Gənclər üçün ailə-məişət mövzusunda maarifləndirmə tədbiri keçirilib

 

15063991_1089772634473218_2071701224_o

“Ailələrə Sosial Dəstək”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir.

Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə ilk tədbir keçirilib.

İctimai Birliyin sədri Esmira Rəhimovanın verdiyi məlumata görə, tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Bildirilib ki, layihənin vəzifəsi  əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunların yeniyetmə və gənclərə tanıdılmasıdır.

Layihənin eksperti yeniyetmələri Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumatlandırmaqdır. Boşanmaların sayının azalması və yeni ailələrin daha möhkəm təməl üzərində qurulması üçün Ailə Məcəlləsindəki qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışıb.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.

Strateq.az