XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2016 - 20:05

Hələb yenə bombalandı:42 dinc sakin ölüb, 83 nəfər yaralanıb

hlb

Suriyanın Hələb əyalətinin müxalifətin nəzarəti altında olan bölgələrin son 24 satda bombardman edilməsi nəticəsində 42 dinc sakin ölüb, 83 nəfər isə yaralanıb.

Hələbdəki mülki müdafiə üzrə məsullardan Bibers Mişal ın sözlərinə görə, Bəşər Əsəd rejimi və Rusiyaya aid təyyarələrin ötən gündən səhər saatlarından bölgənin səmalarındadır: "Hələbin şərqində müxalifətin nəzarəti altında olan Şear, Salahaddin, Muyesir, Mesekin Hanano, Haydariye ve Sahur rayonları qurudan da hədəf alınıb. Əhali vahimə içindədir, nə edəcəyimizi bilmirik”.

O deyib ki, son 24 saatdakı hava hücunmlarında Şear istiqamətində 22 dinc sakin, Sukkeridə 13, Ensaridə 4, Dahret Avadda 2 və Bab Neyrabda bir dinc sakin həlak olub.  (Report)