XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 11:18

Akif Çovdarovun məhkəməsi gedir –Prokurorun ittihamnaməni açıqlayacağı gözlənilir

covdar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.

Baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. (teleqraf.com)

Bu gün Akif Çovdarov və digərlərinin cinayət işi üzrə məhkəməyə yenə də jurnalistlər buraxılmayıb. Prosesin rəsmi olaraq qapalı keçirilməsi nəzərdə tutulmasa da, mətbuat nümayəndələri içəri keçə bilməyib.

Bu günkü prosesdə prokuror Akuf Çovdarov və digərlərinin ittihamnaməsini açıqlayacağı gözlənilir.

Hazırda proses qapalı şəkildə davam edir.

İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.