XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 12:14

“Sınıq Körpü” postu gücləndirilmiş iş rejiminə keçib

siniq-korpu

Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Gürcüstan ərazisindən keçərək Rusiya Federasiyasına gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq, Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.

Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.