XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 12:55

Qətərli nazir:"2017-ci ildə təbii qaza tələbat artacaq"

nazir-12

 Qətərin energetika və sənaye naziri Məhəmməd əl-Sada 2017-ci ildə təbii qaza tələbatın artacağını gözlədiyini bildirib.

"Keçən il Tehranda keçirilən görüşdən sonra qaz bazarında dəyişikliklər dinamikası həmişəkindən daha sürətlə baş verir. 2015-ci ildə təbii qaza olan tələbat 1,9% artıb. Bu isə 2014-cü ilin analoji faiz artımından təxminən iki dəfə çoxdur. Buna görə də təbii qaza tələbatın gələn il də artacağını gözləyirəm", – deyə nazir qaz ixracatçıları olan ölkələrin forumunda deyib. (Report)