XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 13:11

Sərkisyanın rus arzusu:"Biz bu ittifaqdan çox şey udacağıq”

sarkisyan

Ermənistan Avrasiya İttifaqına üzvlüyü doğru addım idi.

Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib. Onun sözlərinə görə, İrəvanın bu addımı ölkəyə çox şey qazandıracaq:

“İki-üç il sonra, məncə, Avrasiya İttifaqının üzvləri bu faydanı hiss edəcəklər. Bizim üç milyonluq kiçik bazarımız var. Avrasiya İttifaqının üzvü olmaqla biz 170 milyonluq bazarın bir hissəsi olduq. Biz bu ittifaqdan çox şey udacağıq”.

Qeyd edək ki, Ermənistan 2008-ci ildən Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının üzvüdür. 2013-cü ilin noyabrında AB proqrama üzv ölkələrlə assosiativ üzvlük haqqında müqavilə imzalamaq istəyirdi. Azərbaycan artıq bundan xeyli öncə assosiativ üzvlük istəmədiyini bəyan etsə də, İrəvan bununla bağlı heç bir fikir səsləndirməmişdi. 2013-cü ilin sentyabrında hazırkı Prezident Serj Sərkisyan qəfildən ölkəsinin assosiativ üzvlük haqqında müqaviləni imzalamayacağını və Avrasiya İttifaqına üzv olacağını bəyan etdi. Nəticədə Ermənistan 2015-ci ildə Avrasiya İttifaqının üzvü oldu.

Avrasiya İttifaqının üzvü olduqdan sonra Ermənistan iqtisadiyyatı daha çox tənəzzülə doğru yuvarlanmağa başladı. Belə ki, Ukrayna böhranı sayəsində Rusiyaya qarşı sanksiyaların tətbiq olunması İrəvana da mənfi təsir etdi. Ölkədəki investisiyaların böyük hissəsinə sahib olan Rusiyanın Qərb sanksiyaları qarşısında əziyyət çəkməsi Ermənistan iqtisadiyyatında daha aşkar şəkildə özünü büruzə verməyə başladı. Rusiyada işsizliyin artması, gəlirin azalması, kütləvi kapital axını Ermənistana bu ölkədəki ermənilərin pul köçürmələrini az qala 50%-ə qədər azaltdı. Üstəlik, məhz Avrasiya İttifaqına üzvlükdən sonra İrəvan kommunal, xüsusilə, enerji qiymətlərində artım etdi ki, bu da sonrada kütləvi etiraz aksiyalarına səbəb oldu.

Sərkisyanın dediyindən fərqli olaraq artıq erməni ekspertlər həyəcan təbili çalmağa başlayıblar. Onların fikrincə, Avrasiya İttifaqına üzvlükdən sonra Ermənistanda işsizlik və miqrasiya artıb. Artıq ölkənin hər beş gəncindən 3-ü öz gələcəyini xaricdə görür. Üstəlik, əhalinin kasıblıq səviyyəsi də artıb. Erməni ekspertlərinin araşdırmalarına əsasən, ölkə əhalisinin 40%-i yoxsulluqdan əziyyət çəkir. Bu toplumun isə az qala yarısının gündəlik gəliri 2 dollardan aşağıdır.

Avrasiya İttifaqına üzvlük həmçinin Ermənistanın dövlət borcunun artmasına səbəb olub. Hazırda ölkənin xarici borcu 6 milyard dollar səviyyəsindədir. Ölkənin yeni Baş naziri Karen Karapetyanın açıqlamasına görə, bu, ümumi daxili məhsulun 48-49%-ni təşkil edir. Ekspertlər isə bu gedişatla ölkənin dövlət borcunun daha da artacağını söyləyirlər. Sərkisyanın “uğur” dediyi üzvlüyə ən maraqlı cavab bir müddət öncə eks-prezident Levon Ter-Petrosyan tərəfindən deyilən sözlərdir. O, məhz Avrasiya İttifaqı, eləcə də hökumətin siyasətinin ölkənin getdikcə bataqlığa yuvarlandığını və tezliklə, defolt gözlənildiyini bildirib.

Avrasiya İttifaqına Ermənistan, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan daxildir.  (Axar.az)