XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 13:19

Erməni general Moskvaya getdi:İrəvanın Qarabağ hesabatı

hesabat-2

Noyabrın 16-da Moskvada Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə Ermənistan Təhlükəsizlik Şurasının sədri Yuri Xaçaturov arasında görüş baş tutub.

Bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti yayıb. Görüşdə əsas müzakirə mövzusu Cənubi Qafqazdakı situasiya və Dağlıq Qarabağ konflikti olub. Tərəflər həmçinin Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər.

Qeyd edək ki, Xaçaturov bir müddət öncə Ermənistan ordusunun Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq Təhlükəsizlik Şurasına sədr təyin edilib.  (Axar.az)