XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 14:00

Çovdarov məhkəmədə fikrini dəyişdi –Vəkillərdən imtina etmədi

Çovdar

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. (APA)

 Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarov vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə verdiyi ərizəsini geri götürüb. Bildirib ki, vəkili Şahin Rəfiyevlə yanaşı, K. Nəsibov, S. Rəsulovun da onun müdafiəçisi kimi iclasda iştirakını istəyir.

Hazırda iclas jurnalistlərin iştirakı olmadan davam edir.