XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 15:23

Saakaşvili:“Poroşenko məni Ukraynadan çıxarmağa qərar verib”

sakasvili

Mixail Saakaşvili  bildirib ki, prezident Pyotr Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum eləmək istəyir.

Odessa vilayətinin keçmiş qubernatoru bunu özünün Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bu barədə etibarlı mənbədən məlumat alıb.

“Prezident “Pyotr Poroşenko Bloku”nun parlamentdəki fraksiyasının sədr müavini İqor Kononenko və prezident aparatında qeyri-rəsmi şəkildə korrupsiya pramidası üzrə məhkəmə işlərinə baxan Aleksandr Qranovskiyə mənim Ukrayna vətəndaşlığından çıxarılmama göstəriş verib”,- deyə o yazıb.

Saakaşvili deyib ki, beynəlxalq qanun və Ukrayna qanunvericiliyinə görə başqa vətəndaşlığı olmayan Ukrayna vətəndaşı, vətəndaşlıqdan çıxarıla bilməz.

O, prezidentin bu hərəkətindən təəssüfləndirini bildirir və qeyd edib ki, Poroşenko nəinki, bu banditlərin xidmətindən yararlanır, üstəlik onların məsləhətlərinə də qulaq asır.

Saakaşvili noyabrın əvvəllərində Odessa vilayətinin qubernatorluğundan istefa verib və bundan sonra Ukraynada korrupsiyaya qarşı mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını bəyan edib.

O, hakimiyyəti korrupsiyanın öhtəsindən gələ bilməməkdə, Poroşenkonu isə birbaşa korrupsiyalaşmış klanların arxasında durmaqda ittiham edir.

Poroşenko noyabrın 10-da Saakaşvilini işdən azad edib.