XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 15:29

Parlament büdcəni noyabrın 30-da müzakirə edəcək

meclis

Milli Məclisin komitələri noyabrın 30-dan etibarən 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlayacaq.

 Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

 O bildirib ki, noyabrın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daxil olan qanunların müzakirəsinə başlayacaq. Büdcə zərfi dekabrın 6,7 və 8-də parlamentin plenar iclasında müzakirə olunacaq.