XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 15:37

Fikri Işık:"20 mindən çox hərbçi Silahlı Qüvvələrdən azad edilib"

fikri

Rəsmi Ankaranın Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham etdiyi FETÖ terror təşkilatı ilə əlaqələrinin olmasına görə 20 mindən çox hərbçi və hərbi məktəb kursantı Silahlı Qüvvələrin tərkibindən azad edilib.

Bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.

"Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin 3665 əməkdaşı FETÖ ilə əlaqələrinin olması şübhəsi ilə vəzifəsindən azad edilib. Hərbi məktəblərdən uzaqlaşdırılan 16 423 tələbəni də nəzərə alsaq, 20 088 nəfərin Türkiyə Silahlı Qüvvələri ilə əlaqəsinə son qoyulub. Hazırda 2855 əməkdaşla bağlı istintaq davam etdirilir" – nazir vurğulayıb.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra FETÖ terror təşkilatı ilə əlaqələrinin olması ittihamı ilə təqribən 32 min nəfər həbs edilib, 70 mindən çox dövlət işçisi isə işdən qovulub və ya uzaqlaşdırılıb. (Report)