XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 16:45

Türkiyənin yeni səfiri etimadnaməsini XİN-ə təqdim edib –Rusiyada

sefir

Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Hüseyn Lazip Diriöz etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkova təqdim edib.

Görüş zamanı tərəflər Ankara ilə Moskva arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Qeyd edək ki, 60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO Əməkdaşlıq Departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media Departamentinin başçısı olub. H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində çalışıb.

O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib. (Report)