XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 20:14

Bricit Brink:"Dağlıq Qarabağ üzrə status-kvo qeyri-sabitdir"

biricik

"Aprel hadisələri Dağlıq Qarabağ üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."

Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir" – Bricit Brink söyləyib.

O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.

"Münaqişənin nizama salınması Ermənistan üçün də müsbət olacaq" – B.Brink xüsusi vurğulayıb.  (Report)