XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2016 - 20:15

Məkkədə İƏT-in yeni baş katibi seçilib –Tərcümeyi-hal

iet

Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) xarici işlər nazirlərinin iclasında Yusif əl-Useymin qurumun 11-ci baş katibi seçilib.

Strateq.az xəbər verir ki, İƏT-in yeni baş katibi 1976-ci ildə Kral Səud Universitetində sosiologiya və sosial xidmətlər fakültəsini bitirib. Bir müddət həmin universitetdə müəllimlik edən Y. əl-Useymin magistr təhsilini Ohayo Universitetində alıb.

1991-ci ildə ictimai işlər nazirinin müavini, 2002-ci ildə Kral Abdullah Vəqfinin baş katibi olub. 2006-ci ildə Səudiyyə Ərəbistanı Mədəniyyət İncəsənət Fondunun başçısı təyin edilib. 2008-ci ildən sosial İşlər naziri olan Useymin 2014-ci ilə qədər bu vəzifəni tutub.

M.Rzasoy