XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 13:19

AMEA Mərkəzi Elmi Kitabxanasında struktur dəyişikliyi oldu –İclas

amea-ESAS

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) ümumi iclası keçirilib.

Strateq.az-a verilən məlumata ggörə, iclasda bır sıra məsələlərlə yanaşı, təşkilati məsələlər də müzakirə olunub.

Müzakirələrdən sonra nəzarət işinin təkmilləşdirilməsi, effektiv əlaqələndirilməsi və müasir elektron səviyyəyə qaldrılması məqsədilə MEK Kitabxana-Xidmət şöbəsinin İstifadəçilərə xidmət və Oxu zallarına nəzarət bölmələrinin “İstifadəçilərə xidmət və nəzarət” bölməsi adı altında birləşdirilməsi qərarı verilib:

"Daha sonra “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi”nin yaradılması məsələləri müzakirə edildi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında 14000 nadir nüsxə, 80000 Şərq ədəbiyyatı nümunələri, Azərbaycan Respublikasındakı 17 ən qədim kitab abidələrinin olmasını, bu mənbələrin əsaslı şəkildə bərpa və konservasiyaya ehtiyacının olmasını, eləcə də kitabxana xidmətlərinin elektron formata keçməsini, rəqəmsallaşdırma işlərinin sürətlə və iri həcmdə aparılmasını nəzərə alaraq, Mərkəzi Elmi Kitabxanada “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi” şöbələrinin yaradılması qərara alındı".