XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 15:27

Türkiyə ASO-ya dəstəyi dayandırdı –Səbəb

asad-7

Türkiyə qırıcıları “Fərat qalxanı” əməliyyatları çərçivəsində Azad Suriya Ordusuna (ASO) verdiyi dəstəyi dayandırıb.

Buna səbəb rəsmi Dəməşqin hava hücumundan müdafiə sistemlərini yenidən aktivləşdirməsidir.

CNN-in məlumatına görə, Türkiyənin ASO-ya dəstəyini kəsən Əsəd rejimi yaxın günlərdə Əl Babda əməliyyat təşkil edərək bölgənin müxaliflərin əlinə keçməməsinə çalışacaq.

Bu işdə Rusiyanın Əsədə aktiv dəstək verəcəyi bildirilib.

Xatırladaq ki, analoji hadisə təxminən 1 həftə əvvəl də baş verib. PYD və İŞİD hədəflərinə qarşı təşkil olunan uğurlu əməliyyatlardan sonra Türkiyə Hərbi Hava Qüvvələri gözləmə rejiminə keçmişdi. (Axar.az)