XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 15:43

Qondarma erməni spiker:“Sevri bərpa edin”

yerevan-12

1920-ci il Sevr Müqaviləsinin ratifikasiya etmək və onun bütün maddələrinin tətbiq edilməsi ilə Yaxın Şərqdə dayanıqlı sülh əldə etmək olar.

Bunu Moskvada baş tutan “Türkiyənin neoosmanizm siyasəti: Çağırışlar və təhdidlər” beynəlxalq konfransında çıxışı zamanı qondarma “Qərbi Ermənistan parlamentinin sədri” Armen Ter-Sərkisyan söyləyib. Onun sözlərinə görə, Sevr müqaviləsinin missiyası region üçün hələ başa çatmayıb.

Qeyd edək ki, Sevr müqaviləsi 1920-ci ildə Osmanlı ilə müttəfiq dövlətlər arasında imzalanıb. Müqaviləyə Osmanlı da daxil olmaqla 15 dövlət imza atıb. Şərtlərə əsasən, Türkiyə ordusunu buraxır, yalnız 15 minlik silahlı qüvvə saxlayır, hərbi dəniz donanmasını ləğv edir, Suriya, Fələstin, Ərəbistan yarımadası, İordaniya, Mesopatamiyadan imtina etməli, İzmiri Yunanıstana verməli idi. Üstəlik, Ermənistanın müstəqilliyinin tanınması, Ərzurum, Bitlis, Van, Trabzonun ona verilməsi, Kürdüstan dövlətinin yaradılması da bu müqavilənin içində yer alır. Sevr müqaviləsi 1923-cü ildə Lozanna müqaviləsinin imzalanmasından sonra ləğv edilib.

Ermənilər indiyə qədər Türkiyə ərazisinə iddia edirlər. Onlar bu ərazini Qərbi Ermənistan deyə qələmə verirlər. Maraqlı məqam isə qondarma “Qərbi Ermənistan dövləti” ilə bağlıdır. Ermənilərin iddialarına görə, bu dövlət 1894-1923-cü illərdə mövcud olub. İndi məhz həmin ermənilər xaricdə qondarma “Qərbi Ermənistan dövləti”nin yaradıldığını elan ediblər. Üstəlik, qurumu yaradanlar 2011-ci ildə “mühacirətdə olan Qərbi Ermənistan hökuməti”ni seçdiklərini söyləyiblər. Artıq quruma “prezident”, “spiker”, “baş nazir” də seçilib. “Qərbi Ermənistan”ın rəhbəri Fransa vətəndaşı Armenak Abramyan, “baş naziri” isə Ermənistan vətəndaşı Tiqran Paşabezyandır. Qurum Ermənistandan, erməni lobbisindən, Avropa və Rusiyada bir sıra şəxslərdən güclü dəstək alır və bütün fəaliyyətini Türkiyə ilə Azərbaycana qarşı qurur. Onlar guya öz ərazilərinin tərkibinə Türkiyənin Van, Bitlis, Ərzurum, Trabzon, Sivas, Diyarbəkir, Harput, Maraş, Adana, Qars şəhərləri, Gürcüstanın Cavaxetiya vilayəti və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının daxil olduğunu iddia edir, bunu təbliğ edirlər. (Axar.az)