XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2016 - 15:56

Yavər Camalov Pakistanda müdafiə sərgisində iştirak edəcək

yaver

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində  keçiriləcək “İDEAS-2016”  IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.

Səfər çərçivəsində Y. Camalovun Pakistan dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.