XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 16:31

Sabah hava necə olacaq? –Nazirlik açıqladı

qar

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.