ABŞ Dövlət Katibliyinin sözçüsü Con Kirbi "Fərat qalxanı" əməliyyatının konstruktiv yöndə olmadığını bildirib.
Kirbi Türkiyənin başlatdığı əməliyyatı tənqid edib.
Türkiyənin başladığı "Fərat qalxanı" əməliyyatının koordinasiyalı şəkildə aparılmadığını deyən Kirbi belə əməliyyatları faydasız adlandırıb.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatının ilk günlərində ABŞ koalisiya qüvvələri ilə birgə Türkiyəyə dəstək versə də, daha sonra yardımı dayandırıb. (Axar.az)