Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
“Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub”, – deyə, məlumatda qeyd edilir.