XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 13:30

Veteran cüdoçumuzdünya çempionu oldu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Azərtac xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Cüdoçumuz çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyə ərzində ipponla qalib gəlib. İdmançımızın yarımfinaldakı rəqibi finlandiyalı Yukka Laytinen cərimə xalları üzündən mübarizəni tərk edib. F.Rəcəbli finalda rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyə ərzində ipponla məğlub edərək dünya çempionu olub.

Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kiloqram çəki dərəcəsində beşinci yerlə kifayətlənib.